“Ağ Ev”də qaradərili müsəlman var” - Madonna

ag-evde-qaraderili-muselman-var-madonna
Oxunma sayı: 650

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni çıxışı zamanı Obamanı qaradərili müsəlman adlandırıb: “Çox gözəldir ki, “Ağ Ev”də afroamerikalı qaradərili müsəlman var. Bu isə o deməkdir ki, bizim bu ölkəyə ümidlərimiz hələ qalır. Bu adamı siz də dəstəkləyin”.

Xatırladaq ki, “Ağ Ev” Obamanın xristian dinində olduğunu və ayinlərdə iştirak etdiyini dəfələrlə bəyan edib. Buna baxmayaraq ABŞ prezidentinin atası və babası İslam dininə etiqad göstərir. Tam adı Barak Hüseyn Obama olan amerikalıların indiki rəhbəri isə İndoneziyada uşaqlıq illərinin böyük bir hissəsini onlarla keçirib.