Ağ Evdən petisiyaya rəsmi cavab

ag-evden-petisiyaya-resmi-cavab
Oxunma sayı: 640



Fevral ayının 25-də Ağ Ev bu iki petisiyaya birgə cavab verib. "ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dair öhdəliyi var" adlı bəyanatda Ağ Ev petisiya iştirakçılarına təşəkkürünü bildirir: "Prezidentin rəsmi bəyannaməsi verilməyəcək, Amerika Birləşmiş Ştatları Ermənistanla Azərbaycanda arasında baş vermiş müharibə zamanı həyatını dəyişmiş faciəvi insan itkilərinə görə dərin təəssüf hissi keçirir. Bu, bizə bir daha Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll ola bilməcəyini xatırladır. Münaqişənin yalnız sülh yolu ilə davamlı həlli regiona sabitlik, tərəqqi və əmin-amanlıq gətirə bilər. Minsk Qrupunun həmsədri kimi biz tərəflərlə bu istiqamətdə işi davam etdirməyə sadiq qalırıq və bu gün və hər zaman bunu bir daha xatırlayırıq."

İki petisiyaya ümumilikdə 250 minə yaxın insan imza atıb. Dağlıq Qarabağ və işğal olunmuş ərazilərə dair petisiyada 105,686, Xocalıya dair petisiyada isə 126,828 nəfər iştirak edib. Bu iki petisiya ilə yanaşı azərbaycanlıların yaratdığı və imza hədəfinə çatan digər petisiya İran Azərbaycanlılarının İranda haqlarının tapdanması ilə bağlı olub. /azadliq.info/