Ağ tüstü çıxdı- Papa seçildi

ag-tustu-cixdi-papa-secildi
Oxunma sayı: 648

Bir azdan Roma-katolik kilsəsinin kardinal-protodiakonu Jan Lui Toran müqəddəs Pyort soboruna çıxacaq və latın dilində "Habemus papam", yəni “bizim Papamız var” deyəcək. O, həmçinin İsa Məsihin yeni vikariyesinin adını çəkəcək.

Konklavın birinci günündə kardinallar bir dəfə səs veriblər. Onlar Roma Papası olmağa namizədlərdən biri səslərin üçdə-ikisini toplayanadək hər gün 4 dəfə səsvermə keçirəcəklər. Bu barədə isə bacadan buraxılan ağ tüstü xəbər verəcək.

Vatikanın yeni papası Buenos-Ayresin arxiyepiskopu Xorxe Mario Berqolio seçilib.

Xatırladaq ki, bundan əvvəlki Roma Papası 16-cı Benedikt fevralın 28-də istefa verib.