Ağac evin üstünə aşdı

agac-evin-ustune-asdi
Oxunma sayı: 648

Şimal bölgəsində yenidən güclü külək fəsadlar törədib. "Qafqazinfo" “İstiPress”ə istinadən xəbər verir ki, səhər saat 11 radələrindən başlayan güclü külək yenidən Quba, Xaçmaz rayonlarına enerji problemi yaşadıb. Gün ərzində fasilələrlə verilən işıq axşam saatlarında bərpa edilib.

Həmçinin Quba-Xaçmaz yolunda çürümüş ağacların aşması müşahidə olunur. Xaçmazın Qıraqlı kəndində qovaq ağacı kənd sakini Səlim Hacıyevə məxsus evin üstünə aşıb, xəsarət alan olmasa da evin bir hissəsinə ziyan dəyib. Baş vermiş təbiət hadisəsi ilə əlaqədar bölgədə araşdırma aparılır.