Ağac qolunun üstünə düşdü, amputasiya olundu

agac-qolunun-ustune-dusdu-amputasiya-olundu
Oxunma sayı: 1374

Şəkidə bədbəxt hadisə nəticəsində 45 yaşlı kişinin qolu amputasiya edilib.

Qafqazinfo” xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün günorta saatlarında rayonun Kiş kənd sakini, 45 yaşlı Salman Lətifov sol qolun bazu sümüyünün çoxsaylı qəlpəli sınığı dioqnozu ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Salman Lətifov ağac kəsərkən ağac onun sol qolunun üstünə düşüb. Sol qolu amputasiya edilən Salman Lətifovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.