Ağacan Əbiyev “İdman ili”ndən danışdı

agacan-ebiyev-idman-ilinden-danisdi
Oxunma sayı: 640

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri YAP-ın saytına Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru, Milli Məclisin deputatı Ağacan Əbiyev deyib.

A.Abiyev bildirib ki, 2012-ci il ölkəmizdə «İdman ili» elan olunmuşdu və bu fakt dövlətin idman sahəsinə göstərdiyi diqqətin nümunəsidir. Onun sözlərinə görə, ötən il idman sahəsində ölkəmiz böyük nailiyyətlər əldə etdi.

«Ötən il London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 10 medal qazandılar. Bu olimpiya oyunlarında iştirakımız çərçivəsində ən yüksək göstəricidir. Azərbaycanda qadınlar arasında «U-17» futbol üzrə dünya çempionatının keçirilməsi də 2012-ci ilin mühüm hadisələrindən biridir. Ümumiyyətlə, ölkəmizdə hər il, o cümlədən 2012-ci ildə bir sıra beynəlxalq idman yarışları keçirildi, Azərbaycan bu tədbirlərə ev sahibliyi etdi. Təbii ki, bütün bunlar dövlətmizin idman sahəsinə göstərdiyi diqqət və qayğısının nəticəsidir. Həmçinin, bu fakt Azərbaycanın dünyada nüfuzlu idman ölkəsi kimi böyük nüfuz qazanmasının göstəricisidir»- deyə, A.Abiyev vurğulayıb.