Ağaclarda və damlarda 15 min nəfər xilas edilməyi gözləyir - Fotolar

agaclarda-ve-damlarda-15-min-nefer-xilas-edilmeyi-gozleyir
Oxunma sayı: 4626

Mozambikdə “İdayi” qasırğasının səbəb olduğu sel nəticəsində minlərlə evi su basıb.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, evsiz qalan 15 min nəfərə yaxın insan ağaclara və evlərin damlarına çıxaraq xilas edilməyi gözləyir.

Təbii fəlakət nəticəsində ölənlərin sayı artıq 300-ə çatıb. 3 min nəfər yaxın insan isə xilas edilib.

Qeyd edək ki, dünən ölkə prezidenti Filipe Nyusi 3 günlük matəm elan etmişdi.