Ağadadaş Qurbanovun 100 illik yubileyi keçiriləcək

agadadas-qurbanovun-100-illik-yubileyi-kecirilecek
Oxunma sayı: 634

Teatrın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə qüdrətli sənətkarın vaxtı ilə birgə çalışdığı teatr və kino xadimləri onunla bağlı xatirələrini bölüşəcək, çəkildiyi filmlərdən kadrlar nümayiş etdiriləcək. Tədbirin quruluşçu rejissoru Xalq artisti Vaqif Əsədov, ssenari müəllifi Əməkdar artist Azər Mirzəyevdir. Təntənəli mərasimdə böyük sənətkarın hələ məktəbli ikən yaradıcılığa başladığı Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram və Musiqili Komediya Teatrlarının aktyorlarının iştirakı nəzərdə tutulub.

Onu da qeyd edək ki, Ağadadaş Qurbanovun yaradıcılıq yolu Dövlət Gənc Tamaşaçılar Teatrının yaranma tarixi ilə birgə başlayıb.

Nigar Məmmədli