Ağalarov Bakıda yeni siqaret markası yaradır

agalarov-bakida-yeni-siqaret-markasi-yaradir
Oxunma sayı: 2000


“Qafqazinfo”nun xəbərinə görə, şirkətin Bakı ofisindən “Turan”-a bildiriblər ki, “Rentabelli istehsal, peşəkar kadrlar və keyfiyyətli məhsul tərəfdarıyıq”.

Yanvarda təcrübə istehsalı təşkil edilib. Bundan sonra Keşlədəki müəssisə fəaliyyətini dayandırıb. Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ilin mayında ildə 300 mln ədəd filtrli siqaret istehsalı üçün “Crocus ltd”yə lisenziya verib. Müəssisə “European Tobacco-Baku ASC-nin ərazisində yerləşir.

“Crocus ltd” MMC Azərbaycana siqaret idxal edən 3 şirkətdən biridir. Şirkət 2004-cü ildə Bakıda qeydiyyata alınıb. Baş ofisi Dərnəgül şossesindədir. Şirkət Araz Ağalarova məxsus “Crocus International” (Rusiya) qrupunun törəmə strukturudur. Dövlətstatkoma görə, bu ilin 5 ayında Azərbaycanda 9 953,3 min manatlıq tütün məmulatı istehsal edilib. Bu, ötən ilinn eyni dövründəkindən 36,8% çoxdur. Cəmi 811 mln ədəd siqaret buraxılıb (+37,4%). Məhsulun hamısı satılıb. Gömrük Komitəsinin məlumatına görə, 2014-cü ilin 5 ayında ölkəyə $149,3 mln məbləğində tütün və tütün məmulatı idxal edilib. Bu, ötən ilin eyni dövründəkindən 19,5% çoxdur.

İllik hesablamada siqaretin pərakəndə qiymətləri ilin 5 ayında 14,5% bahalaşıb. Xatırladaq ki, 2013-cü ilin yanvar-mayında siqaret 12,1% bahalaşmışdı. Onu da qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Xidməti bazardakı proseslərə reaksiya vermir.