Ağalarov məşhurları Bakıya topladı - Fotolar

agalarov-meshurlari-bakiya-topladi
Oxunma sayı: 6146

Bu gün “Jara” musiqi festivalının açılışı ilə bağlı mətbuat konfransı keçirilir. 

“Qafqazinfo”nun konfransda iştirak edən əməkdaşı xəbər verir ki, tədbirdə musiqili gecənin təşkilatçıları Emin Ağalarov, Qriqori Leps, Sergey Kojevnikov, Rusiyanın xalq artisti Filip Kirkorov, repçi Baxti, iştirak edib.

Onlar Rusiya və Azərbaycan KİV nümayəndələrinin suallarını cavablandırıblar. Emin Ağalarov bildirib ki, bir saatdan sonra qırmızı xalça mərasimi baş tutacaq: “150-dən çox müğənni iştirak edəcək. Onlardan 75-i bu gün iştirak edəcək”.

Filip Kirkorov konsertdə əsas məsələnin keyfiyyət olduğunu əlavə edib: “Hamı özü qırmızı xalçaya hazırlaşır. Ona görə burada az insan iştirak edir. Amma mənim özüm qırmızı xalçayam. Hər kəsə təşəkkürümü bildirirəm”.

Sergey Kojevnikov KİV nümayəndələrinə proqram haqda danışıb: “Bir gecədə 3 yubiley olacaq. Bəzi yubiley gecələrində qonaq müğənnilərin sayı çox, digərlərində az olacaq. 5-ci gün Bakıda ay tutulması olacaq. Amma yəqin ki, heç kəs bunun şahidi olmayacaq. Hamının gözü səhnədə olacaq”.

Qriqori Leps isə jurnalistlərlə zarafatlaşıb: ““Jara” haqqında film çəkirik. Aeroportdan bu yana bizi lentə alırlar. Oskar artıq cibimdədir. (Gülür)”

Lyubov Uspenskaya qeyd edib ki, onun burada yubiley gecəsi olacaq: “Uzun müddət çalışmışam, bu gecədə çıxış edəcək müğənnilər ciddi hazırlaşıblar. Mahnıları düzgün seçmişik. Bakıda təşkilatçılıq mükəmməldir. Çox rahat şəkildə gəlmişik və bu gecədə iştirak edəcəyik”.

Qeyd edilir ki, “Jara”da müğənnilər və komandaları, rəqqaslar daxil olmaqla 1200 nəfər gəlib.

Elvin Elxan

Fotolar: Pərvin Zeynal