Ağalarovunun Azərbaycanda bəyəndiyi müğənni kimdir?

agalarovunun-azerbaycanda-beyendiyi-mugenni-kimdir
Oxunma sayı: 652

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında bəstəkar, müğənni Emin Ağalarov dünən keçirdiyi mətbuat konfransından sonra deyib. O, Çingiz Mustafayevin “Yurmala” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcəyini söyləyib.

Emin Ağalarov daha sonra qeyd edib ki,onun Avropanın bir sıra dövlətlərində konsertləri gerçəkləşib: “Bu sırada Avropanın və dünyanın bir çox ölkələrinin adını qeyd edə bilərəm. İndi növbəti konsertlərimi gerçəkləşdirməyə hazırlaşıram. Belə ki, mən 50 gün ərzində 27 şəhərdə konsert proqramı ilə çıxış edəcəm”.

Emin Ağalarovla yanaşı müğənni Çingiz Mustafayev də iştirak edəcəyi yarışmadan danışıb: “Mən “Yurmala” mahnı müsabiqəsində iştirak edəcəm. Buna görə bəstəkar, müğənni Emin Ağalarova minnətdaram. İştirak edəcəyim yarışma barədə onu deyə bilərəm ki, orada məndən savayı tanınmış müğənni yoxdur. Yalnız alətlə çıxış edəcək ifaçı mən olacağam. İlk olaraq solo mahnı ifa etməyi düşünsəm də, daha sonra gitaramla çıxış etməyi qərara aldım. Görək bu yarışmada necə çıxış edəcəm? Sizə deyim ki, mən hər zamanki kimi özümə inanıram. Çünki mən orada tək öz adım yox, vətənim Azərbaycanın adından çıxış edəcəyəm”.

Aynur B.