Ağaoğlu Şirkətlər Qrupu Bakıda - Fotosessiya

Ağaoğlu Şirkətlər Qrupu Bakıda
Oxunma sayı: 2643

“Ağaoğlu” Şirkətlər Qrupu İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihələriylə 17-19 dekabr 2015 tarixləri arasında Bakıda keçiriləcək Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya Sərgisi RECEXPO-da iştirak edəcək.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə şirkətin bu gün Bakıda təşkil olunan mətbuat konfransında məlumat verilib. Bildirilib ki, Beynəlxalq tədbirləri Türkiyənin tanıtımı ve inkişafı üçün bir fürsət olaraq dəyərləndirən “Ağaoğlu” Şirkətlər Qrupu Körfəz bölgəsindən sonra Qafqaz bölgəsini də yaxından izləməyə başlayıb.

Sektorla bağlı beynəlxalq tədbirlərin əhəmiyyətinə diqqət çəkən “Ağaoğlu” Şirkətlər Qrupu İcra Heyəti Başqanı Öndər Halisdəmir bildirib ki, Qrup olaraq xaricdəki tədbirləri həm ölkəmizin tanıtımı, həm də işləri inkişaf etdirmək baxımından fürsət olaraq görür, buralara ciddi investisiyalar qoyurlar: “Qoyduğumuz yatırımların da qarşılığını artıqlamasıyla alırıq. Azərbaycan xarici müştəri portfelimizdə ilk yerlərdə gəlir və daha çox satınalma potensialı olduğunu düşünürük. Azərbaycan Daşınmaz Əmlak və İnvestisiya Sərgisi RECEXPO-da İstanbul Beynəlxalq Maliyyə Mərkəzi və Bakırköy layihəmizlə iştirak edirik. Bütün xarici sərgi işlərimizdəolduğu kimi, burada da satış hədəflərimizə çatacağımıza əminik”.

Ö. Halisdemir onu da qeyd edib ki, 1981-ci ildə qurulan “Ağaoğlu” 7 milyon kv/metrə yaxın layihələr həyata keçirib. Azərbaycanda da gələcəkdə sərmayə yatırmağı düşünən şirkət bununla bağlı Azərbaycanın iş adamları ilə danışıqlar aparacaq. Şirkətlər Qrupunun Türkiyədə inşa etdiyi mənzillərin qiymətinə gəlincə, Ö. Halisdəmir vurğulayıb ki, 1 kv/metri 3500 Türk liresindən başlayan mənzillərin dəyəri təxminən 1 kv/metr üçün 10 000 lirəyə kimi artır. Satışların 100-də 30%-i isə təkrar müştərilərin payına düşür.

Qeyd edək ki, Nyu York, London, Dubay və Uzaq Şərqdəki maliyyə mərkəzləri araşdırılaraq və ehtiyaclar müəyyənləşdirilərək hazırlanan İstanbul Beynəlxalq Maliyyə Mərkəzində MDDK, SPK, TAO Daşınmaz Əmlak, İŞ GYO kimi mühüm qurumların baş idarələri yerləşəcək.

Bakırköy layihəsi isə 81 faizlik yaşıllıq sahəsi və Bakırköy sahilində yerləşməsiylə önə çıxır.
Layihə İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfindən açıqlanan İstanbulun ən böyük şəhər parkına qonşu olması və nəqliyyatın asanlığıyla diqqət çəkir.












Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi