Ağaxan Abdullayevin tələbəsi klipini təqdim etdi

agaxan-abdullayevin-telebesi-klipini-teqdim-etdi
Oxunma sayı: 1274



“Əvvəla məni sayıb gələn hər kəsə minnətdarlığımı bildirirəm. Bu gün sizə ikinci klipimi təqdim edəcəm, necə olduğunu sizlər qiymətləndirəcəksiniz. “Nəfəsimsən” mahnısının söz və musiqisi mənə, aranjemanını Fərid İmana məxsusdur. Klipə müğənni-rejissor Nicat Zeynallı ekran həyatı verib. İnanıram ki, tamaşaçılar və musiqi sevərlər yeni işimi bəyənəcəklər”-, deyə gənc ifaçı təəssüratlarını bölüşüb. 
Təqdimat mərasimində xalq artisti Ağaxan Abdullayev iştirak edə bilməsə də, əməkdar artist Elza Seyidcahan, Əbdul Xalid, Murad Sadıx, Roza Zərgərli, Aysel Əlizadə, Vüsal Hacıyev, prodüser Təranə Səmədova, reper “Qurd” və başqaları ifaçının xoş günündə yanında olub.