“AGBank” bağlanır? - Açıqlama

“AGBank” bağlanır?
Oxunma sayı: 2883

“AGBank” hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir. Bankın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas da yoxdur. Sadəcə olaraq maliyyə bazarında mövcud riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir.

Bu barədə bankın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir.

“Bildiyiniz kimi, “AGBank” 25 ildən artıqdır ki, ölkəmizdə fəaliyyət göstərir və ən etibarlı banklar sırasındadır. Hazırda 19 filial, 1 şöbə və Bakı, Sumqayıt, Gəncə, Yevlax, Bərdə, Şamaxı, Şirvan və Salyanda yerləşən 65 bankomatla müştərilərimizin xidmətindəyik”, - məlumatda bildirilir.

“AGBank”ın İdarə Heyətinin sədri Əfqan Cəlilov iqtisadçı Natiq Cəfərlinin bağlanma ehtimalı yüksək olan bankların sırasında bankın adının çəkilməsinə münasibət bildirərkən qeyd edib ki, bu məlumatlar yalnız şayiədir. O, ekspertləri açıqlama verərkən bir qədər məsuliyyətli olmağa çağırıb.

İdarə Heyətinin sədri bildirib ki, bank bağlanmayacaq, əksinə yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış yeni məhsullar təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək:

“Biz hər kəsi, ekspertləri, media nümayəndələrini bankımıza dəvət edirik. Gəlib özləri bankın hazırkı fəaliyyəti ilə tanış ola bilərlər. “AGBank”da hal-hazırda 700 nəfərdən çox peşəkar işçi kollektivi çalışır.

Bankda hazırkı müştəri sayı 320 000 dən artıqdır. Kreditlərin verilməsində də heç bir problem yoxdur. Banklar arasında liderliyi qoruyub saxlayan “AGBank”ın hazırki ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur.

“AGBank” tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat məbləğində ipoteka krediti verilib. Hər zaman müştəri məmnuniyyətinə üstünlük verən bank bir çox innovativ xidmət və yenilikləri ilə seçilib. Hazırda AGBank tam həcmdə bütün bank xidmətlərini göstərir. Bankın əsas məqsədi müştərilərə yüksək səviyyədə xidmət göstərmək və bank bazarında liderliyi əldə etməkdən ibarətdir”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi