Ağcabədidə 5 otaqlı ev yandı

agcabedide-5-otaqli-ev-yandi
Oxunma sayı: 729

Ağcabədidə yanğın faktı qeydə alınıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun Yuxarı Avşar kəndində ümumi sahəsi 150 m2 olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanmış, yüksək temperaturdan evə bitişik ümumi sahəsi 300 m2 olan talvarın lambirdən ibarət hissəsi 40 m2 sahədə əriyib.

Məlumata görə, talvarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.