Ağcabədidə məcburi köçkünlərin yaşadığı bina yandı - Fotolar

agcabedide-mecburi-kockunlerin-yasadigi-bina-yandi
Oxunma sayı: 1461

Ağcabədi rayonunun Hüsülü kəndində məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, əvvəllər kənd klubu kimi fəaliyyət göstərən binada yanğın elektrik naqilində qısaqapanma nəticəsində baş verib.

Ümumilikdə 6 məcburi köçkün ailənin yaşadığı binada yanğın zamanı 3 ailənin yaşadığı otaqlar - 192 kvadratmetr yaşayış sahəsi yanıb.

Binada fəaliyyət göstərən Hüsülü kənd uşaq bağçasının əşyaları otaqdan çıxarılıb.

Hadisə zamanı xəsarət alan olmayıb.