Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü
Oxunma sayı: 1344

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

“Qafqazinfo”nun “Trend”ə istinadən məlumatına görə, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, M.Tağıyev bir neçə gün əvvəl Ağcabədi rayonunda oğlu tərəfindən güllələnib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi