Ağcabədidə sahibkarlara 1 milyon manatadək güzəştli kredit verilib

agcabedide-sahibkarlara-1-milyon-manatadek-guzestli-kredit-verilib
Oxunma sayı: 636

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Aran iqtisadi rayonuna daxil olan şəhər və rayonlarda fəaliyyət göstərən 60-dək sahibkar iştirak edib.
Əvvəlcə "Atena süd zavodu"nun 3000 başlıq müasir cins heyvandarlıq kompleksinin və illik emal gücü 90 min ton olan zavodun fəaliyyətinə baxış keçirilib.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2012-ci ildə Fondun fəaliyyətinin yekunları, 2013-cü ildə qarşıda duran vəzifələr barədə məlumat verib.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Ağcabədi və ətraf rayonlarda fəaliyyət göstərən 43 sahibkara 1 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlər hesabına reallaşacaq layihələr 80-dək yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edək ki, Ağcabədidə verilmiş kreditlər də daxil olmaqla bu ilin ötən dövrü ərzində 110 sahibkara 11.1 milyon manat güzəştli kreditin verilməsi təmin olunub. Bu kreditlər hesabına reallaşdırılacaq layihələr nəticəsində 600-dən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulub.

Nigar Məmmədli