Ağcabədidə silahlı insident- - 1 nəfər güllələndi

agcabedide-silahli-insident-
Oxunma sayı: 1271



“Qafqazinfo”nun  publika.az - istinadən məlumatına görə, kənd sakini 1983-cü il təvəllüdlü Anar Baxşəliyev qonşusu 53 yaşlı Zahid Qarayevi güllələyib.

Qarın nayihəsindən güllə yarası alan yaralı hadisə şahidlərinin köməkliyi ilə dərhal Ağcabədi rayon xəstəxanasına yerləşdirilib.

 Rayon polis şöbəsi əməkdaşlarının apardığı operativ əməliyyatdan sonra hadisıni törədən Anar Baxşəliyev saxlanılıb. 

Saxlanılarkən onun üzərində hadisə zamanı istifadə etdiyi MAKAROV tipli tapança da aşkar edilərək götürülüb. Hazırda rayon prokurorluğu tərəfindən hadisənin baş vermə səbəbləri araşdırılır.