Ağcabədidəki qəzada ölənlərin sayı 2-yə çatıb - Yenilənib

agcabedideki-qezada-olenlerin-sayi-2-ye-catib
Oxunma sayı: 2364

Ağcabədi rayonunda iki “VAZ” markalı avtomobil toqquşub.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Boyat kəndində baş verib.
 
Hadisə nəticəsində Boyat kənd sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Şamil Ramiz oğlu və 1997-ci il təvvəllüdlü Ağdam rayonu, Mahrızlı kənd sakini Məmmədov Rahib Sahib oğlu xəsarət alıb. 
 
Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri orta ağırdır. Qəza nəticəsində həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir.
 
Faktla bağlı araşdırma aparılır.

***

APA-nın Qarabağ muxbirinin xəbərinə görə, rayonun Boyad kəndində baş verən qəzada Rahib Məmmədovun idarə etdiyi  “VAZ-21011” markal,  “59 BB 191”  nömrə nişanlı maşında olan sərnişin Məmmədov Şamo Qulu oğlu ölüb.

R. Məmmədovun idarə etdiyi avtomobil Şamil Mirzəyevin idarə etdiyi   “VAZ 2107” markalı “90 XZ 185” qeydiyyat nişanlı  avtomobillə toqquşub. Xəstəxanaya yerləşdirilən hər iki sürücünün vəziyyəti orta ağırdır.

Qeyd edək ki, qəzada yaralanan sürücü Məmmədov Rahib Sahib oğlu, Azərbaycanlı əsgər, “Qırmızı Ulduz” ordeni laureatı, Rahib Məmmədovun qardaşı oğludur və onun adını daşıyır. 20 yaşlı Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub.

***

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, Ağcabədidə baş verən yol qəzası nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.

Rayonun Boyad kəndində baş verən qəzada yaralanan sürücü, 38 yaşlı Şamil Mirzəyev xəstəxanada vəfat edib. Digər sürücü, 20 yaşlı Rahib Məmmədov isə komaya düşüb.