Ağcaqanadları qovan telefon hazırlandı - Dünyada ilk

agcaqanadlari-qovan-telefon-hazirlandi
Oxunma sayı: 1853

Cənubi Koreyanın “LG” şirkəti dünyada ağcaqanadlardan müdafiə texnologiyasına (“Mosquito Away”) malik ilk smartfon təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, “LG K7i” adlandırılmış yeni qurğu öz sahibini zəhlətökən mığmığalardan qorumaq qabiliyyətinə malikdir.

“Mosquito Away” texnologiyasının mahiyyəti ondan ibarətdir ki, xüsusi dinamik 30 KHs-dən yuxarı tezlikdə ultrasəs dalğaları yaradır. İnsan bu səsləri eşitməsə də, amma ağcaqanadlar bu səsə tab gətirmirlər.

“LG K7i” smartfonunun texniki xüsusiyyətləri aşağıdakı kimidir:

- 854x480 piksel təsvir ölçülü 5 düymlük IPS ekran;

- 1,1 QHs takt tezlikli dördnüvəli prosessor;

- 2 QB əməli yaddaş;

- 16 QB daxili yaddaş;

- “microSD” yaddaş kartları dəstəklənir;

- 8 meqapiksellik əsas kamera;

- 5 meqapiksellik ön kamera;

- barmaq izi skaneri;

- 2500 milliamper/saat tutumunda çıxarılıb taxılan akkumulyator.