Ağcəbədidə sürücü maşında yanaraq öldü

agcebedide-surucu-masinda-yanaraq-oldu
Oxunma sayı: 2175

Ağcəbədidə minik avtomobilinin yanması nəticəsində sürücü həyatını itirib.  

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. "Lada 2199" markalı avtomobil idarə etməni itirərək yol kənarında ağaca çırpılıb, nəticədə avtomobil yanıb.

Xəsarət alan sürücü avtomobili tərk edə bilmədiyindən hadisə yerində yanaraq ölüb. Sürücünün kimliyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseyinli