Ağdam-Bərdə yolunda monitorinq olacaq

agdam-berde-yolunda-monitorinq-olacaq
Oxunma sayı: 638

“Qafqazinfo”nun Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, dünən də saat 17.35-dən 17.50-dək Gədəbəy rayonunun ərazisində atəşkəs pozulub. Hər iki halda düşmən cavab atəşi ilə susdurulub.

Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 7-də Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçirəcəklər. Təmas xəttinin qarşı tərəfində isə monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov tərəfindən aparılacaq.

Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təmas xəttinin qarşı tərəfinə keçmələri planlaşdırılır.

Səidə