Ağdamda ər-arvad qazdan zəhərlənib

agdamda-er-arvad-qazdan-zeherlenib
Oxunma sayı: 872

Ağdam rayonunda ər və arvad qazdan zəhərlənib.
 
“Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Evoğlu kəndində baş verib. 
 
Kənd sakinləri - 1934-cü il təvəllüdlü Əliyev Eldar Mütəllim oğlu və həyat yoldaşı, 1941-ci il təvəllüdlü Əliyeva  Mahirə Ağa qızı qazdan zəhərləniblər. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, vəziyyətləri ağır olduğundan ər və arvadı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. 

Faktla bağlı araşdırma aparılır.