Ağdamda qəza

Ağdamda qəza
Oxunma sayı: 576

Ağdam rayonunun İmamqulubəyli kəndində yol qəzası baş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə qəsəbənin Heydər Əliyev prospektində baş verib.

90 BT 666 dövlət nömrə nişanlı Mercedes avtomobilinin sürücüsü döngədə idarəetməni itirib.

Avtomobilin ön oturacağında əyləşən qadın başından yaralanıb. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım və Yol Patrul Xidməti gəlib və yaralıya tibbi yardım göstərilib.

Qəza zamanı avtomobilin içində 2 kişi, 1 qadın olub.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi