Ağdamda yanğın, ev sahibinin oğlunun cəsədi tapıldı

agdamda-yangin-ev-sahibinin-oglunun-cesedi-tapildi
Oxunma sayı: 1187

Ağdam sakini mənzilində yanaraq ölüb.
 
“Qafqazinfo”nun FHN-in saytına istinadən məlumatına görə, Sarıçoban kəndində ümumi sahəsi 168 m2 olan birmərtəbəli, 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu, 1965-ci il təvəllüdlü Əliyev Akif Əvəz oğlunun yanmış cəsədi aşkar olunub.
 
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.