Ağdamla bağlı kitab təqdim olundu

agdamla-bagli-kitab-teqdim-olundu
Oxunma sayı: 817

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “Ağdam: məhv edilmiş şəhərin tarixi” adlı kitabını təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, kitabda 24 ildir işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib. 

Kitabda xarabazarlığa çevrilən o vətən torpağının yaranması, Azərbaycan tarixindəki yeri, “Ağdam” sözünün etimologiyası, toponim və oykonimləri ətraflı şəkildə öz əksini tapıb. 

Qeyd edək ki, kitabın elmi məsləhətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəy bildirəni Leila Kiani (İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini) və redaktoru Sultan Mərzilidir (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi).