Ağdaşda 6 otaqlı ev yanıb

agdasda-6-otaqli-ev-yanib
Oxunma sayı: 641

Ağdaş rayonunda yanğın qeydə alınıb.

“Qafqazinfo” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun, Yuxarı Ləki kəndində ümumi sahəsi 400 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.

Evə talvar və tövlə yanğından mühafizə olunub.

Yanğın saat 17:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.