Ağdaşda canavarlar sürüyə hücum etdi - 3 heyvan tələf oldu, 3-ü yaralandı+Video

agdasda-canavarlar-suruye-hucum-etdi
Oxunma sayı: 1610

Ağdaşda canavarlar qoyub sürüsünə hücum ediblər.

“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Yenicə kəndində baş verib. Kənd sakini Nemət Şirinov bildirib ki, örüşdə olan zaman vəhşi heyvanlar sürüyə soxulublar. 

Canavarlar xırdabuynuzlu 3 baş heyvanı öldürüb, daha üçünü isə yaralayıblar. Təsərrüfat sahibinin səs-küy salmasından sonra heyvanlar ərazidən uzaqlaşıblar. 

Rayon baytarlıq xidmətinin əməkdaşları ölmüş heyvanları dezinfeksiya etdikdən sonra basdırıblar, yaralılara isə tibbi yardım göstərilib. 

Qeyd edək ki, analoji hadisə bu günlərdə Goranboy və Şəkidə də qeydə alınıb. 

Rəşad Türkoğlu