Ağdaşda ev yandı - Xəsarət alan var

agdasda-ev-yandi
Oxunma sayı: 1436

Ağdaşda yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, rayonda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 63 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 6 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb, 3 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.