Ağdaşda maşın beton maneəyə çırpıldı - İki ölü, iki yaralı+Yenilənib

agdasda-masin-beton-maneeye-cirpildi
Oxunma sayı: 2937

Ağdaşda minik avtomobili aşıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə bu saatlarda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşdan keçən hissəsində baş verib. İlkin məlumatlara görə minik avtomobili hərəkət zamanı yoldan çıxaraq kanala aşıb. Qəza nəticəsində avtomobildə olan 4 nəfər ağır xəsarət alaraq rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır

Rəşad Türkoğlu

***

Ağdaşda baş verən yol qəzasında iki nəfər ölüb, iki nəfər ağır yaralanıb.

"Qafqazinfo"nun məlumatına görə, qəza nəticəsində Ağdaş rayon sakinləri, 1962-ci il təvəllüdlü Məmmədov Şahlar Ağasəf oğlu və 1967-ci il təvəllüdlü Məhiyəddinov Elburus Qiyas oğlu ölüb. Digər iki nəfər rayon sakinləri, 1978-ci il təvəllüdlü Həmidov Tehran Sahib oğlu və 1964-cu il təvəllüdlü Cəlil Əhmədoğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

***

Məlumata görə, avtomobil kanala aşmayıb. Sürücü sərxoş vəziyyətdə olduğundan idarəetməni itirərək maşını arxın kənarındakı beton maneəyə çırpıb.

Qəza nəticəsində sürücü və sərnişinlərdən biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.