Ağdaşda məscidin yanmasının səbəbi bilindi - Foto + Video

Ağdaşda məscidin yanmasının səbəbi bilindi
Oxunma sayı: 2065

Xəbər verdiyimiz kimi, ötən gecə Ağdaş rayonunun Güvəkənd kəndində məscid yanaraq yararsız hala düşüb.

“Qafqazinfo” ARB TV-yə istinadən xəbər verir ki, ümumi sahəsi 180 kvadratmetr olan məscidin yanar konstruksiyaları və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb.

Yanğın zamanı dini kitablar, qiymətli xalçalar, müxtəlif əşyalar yanaraq külə dönüb. Hadisə zamanı məsciddə heç kim olmadığı üçün xəsarət alan olmayıb. Kənd sakinləri hadisədən gec xəbər tutduğu üçün məsciddən heç nə çıxara bilməyiblər.

Hadisə yerinə FHN-in Ağdaş rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənərək yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğının ilkin ehtimallara görə qısaqapanmadan çıxdığı bildirilir.

Qeyd edək ki, məscid 1993-cü ildə inşa edilərək kənd sakinlərinin istifadəsinə verilmişdi. Ətrafdakı bir neçə kəndin dindarları Güvəkənd məscidinə gələrək ibadət edirdi.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi