Ağdaşda su təchizatı tenderi yekunlaşdı

agdasda-su-techizati-tenderi-yekunlasdi
Oxunma sayı: 646

“Azərsu” ASC-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tenderin nəticələrinə daha sərfəli şərtlər təklif edən Türkiyənin “ALKE Müh. İnş. San” şirkəti qalib elan edilib və həmin şirkətlə satınalma müqaviləsi imzalanıb.

Layihəyə əsasən, Ağdaş şəhərini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün hər birinin dərinliyi 140 metr olan 2 subartezian quyusu qazılacaq, elektrik xətləri çəkilməklə transformatorlar quraşdırılacaq. Layihə çərçivəsində tutumu 2000 kubmetr olan 2 su anbarının tikintisi də nəzərdə tutulur. Ağdaş şəhərinin su paylayıcı şəbəkəsini yenidən qurmaq məqsədi ilə 134 kilometr uzunluğunda şəhərdaxili su xətləri çəkiləcək, 7600 abunəçi su sayğacı ilə təmin ediləcək. Bununla paralel olaraq 121 kilometr uzunluğunda çirkab su şəbəkəsi çəkilərək 5250 ünvanda birləşdirmə aparılacaq.