Ağdaş rayonunun Qaradeyin kəndində ümumi sahəsi 150 m2 olan tövlənin çardağı 100 m2 sahədə və çardağına yığılmış 7 ton ot bağlamasının 5 tonu yanıb.
"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.