Ağdaşda yük maşını quyuya düşərək aşdı - Video

Ağdaşda yük maşını quyuya düşərək aşdı
Oxunma sayı: 848

Ağdaşın Aşağı Nəmətabad kəndində kərpic daşıyan “KamAZ” markalı yük maşını quyuya düşərək aşıb.

“Qafqazinfo”nun ARB TV-yə istinadən məlumatına görə, hadisə nəticəsində 48 yaşlı sürücü Süleymanov Polad Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıya yaxınlıqdakı tibb məntəqəsində ilkin tibbi yardım göstərilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi