"Ağıllı şəhər" layihəsi üçün İspaniya şirkəti ilə əməkdaşlıq ediləcək

agilli-seher-layihesi-ucun-ispaniya-sirketi-ile-emekdasliq-edilecek
Oxunma sayı: 863

Bakıda keçirilən “Bakutel-2017” Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzi ilə İspaniyanın “Cibernos” şirkəti arasında birgə əməkdaşlıq haqqında müqavilə imzalanıb.

"Qafqazinfo" xəbər verir ki, İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsini ehtiva edən müqavilədə "Ağıllı şəhər", "Əşyaların interneti" kimi  layihələr üzrə təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.

Qeyd edək ki, 50 illik təcrübəyə sahib “Cibernos” Avropanın ən böyük texnologiya şirkətlərindəndir.  Şirkət bir sıra Avropa ölkələrinə  öz elektron həllərini təklif edir.