Ağır atletlər konqresi

agir-atletler-konqresi
Oxunma sayı: 655

Açılış mərasimində çıxış edən BAAF-nin prezidenti Tomaş Ayan cari ildə keçirilmiş London Yay Olimpiya Oyunlarında idmanın bu növünün uğurla təmsil olunduğunu bildirib. O qeyd edib ki, Olimpiya Oyunlarında 84 ölkədən 252 ağır atlet birincilik uğrunda mübarizə aparıb. Bu idman növünü izləyən tamaşaçıların sayı isə digərlərindən çox olub. Həmçinin, Londonda 33 olimpiya, 11 dünya və 1 gənclər arasında dünya rekordu yenilənib.

Tomaş Ayan vurğulayıb ki, 2 gün davam edəcək konqresdə BAAF-nin nizamnaməsi və texniki qaydaları müzakirə olunacaq, idmanın bu növündə tətbiq olunacaq dəyişikliklər ətrafında fikir mübadiləsi aparılacaq və anti-dopinq siyasətinin təkmilləşdirilməsi istiqamətində mühazirələr dinləniləcək.

2015-ci ildə keçiriləcək I Avropa Olimpiya Oyunlarının Azərbaycanda təşkil olunması ilə bağlı qərarın qəbul edilməsinə görə xalqımızı təbrik edən BAAF-nin prezidenti idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları nailiyyətləri yüksək qiymətləndirib.