Ağır atletlərimiz dünya birinciliyində

agir-atletlerimiz-dunya-birinciliyinde-
Oxunma sayı: 659

“Qafaqazinfo”nun idman.com.az saytına istinadən verdiyi məlumata görə, artıq birinciliyinə yollanacaq Azərbaycan millisinin heyəti açıqlanıb. Baş tutacaq yarışda əsasən Avropa çempionatında uğurlu nəticə əldə edən idmançılarımıza şans veriləcək.

Yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi Asif Məmmədov mundialda da Valeh Baxşalızadə (50 kq), Həsən Həsənov, Kənan Əliquliyev (hər ikisi - 62 kq), Elxan Əliqulizadə, Ceyhun Tağızadə (hər ikisi - 69 kq), Dadaş Dadaşbəyli (85 kq), Azər Məmmədliyə (+ 94 kq) şans verəcək. O, ehtiyat idmançı kimi Rüstəm İmanzadəni (56 kq) düşərgəyə çağırıb.

Çempionatda Azərbaycanı hakim qismində Vahid Nəzərov təmsil edəcək.