Ağır Cinayətlər Məhkəməsinin sədri “Əməkdar hüquqşünas” fəxri adı aldı

agir-cinayetler-mehkemesinin-sedri-emekdar-huquqsunas-fexri-adi-aldi
Oxunma sayı: 4333

Prezident İlham Əliyev “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

"Qafqazinfo" xəbər verir ki, sərəncamda bildirilir:

"Azərbaycan Respublikasının prokurorluq və məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Yusif oğlu Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verilsin".

Qeyd edək ki, Mahmud Nəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin sədridir.