“Ağır dönəm yaşayırıq, qələbə qazana bilmirik” - Qurbanov

agir-donem-yasayiriq-qelebe-qazana-bilmirik
Oxunma sayı: 2817

“Deyiləsi söz yoxdur. Oyun ərzində yalnız “Qəbələ” hücum edirdi”.

"Qafqazinfo"nun məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov deyib. “Qırmızı-qaralar” Topaz Premyer Liqasının IV turunda səfərdə “Sabah”ın qonağı olub və minimal hesablı məğlubiyyətlə üzləşib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib:

“Kobud səhvdən sonra qol buraxdıq. Rəqibin belə oynayacağını gözləyirdik. Ağır dönəm yaşayırıq, ardıcıl üç oyundur qələbə qazana bilmirik. Ancaq bu, bizi ruhdan salmamalıdır”.

- Vəziyyətdən çıxış yolu tapmaq üçün nə etmək lazımdır?

- Qələbə qazansaydıq, burda başqa sözlər danışacaqdıq. Xeyli hücumlarımız oldu, amma top qapıya getmədi. Uşaqların psixoloji vəziyyətini düzəltməyə çalışacağıq.

- Hakim idarəçiliyindən razı qaldınız?

- Məğlubiyyətimizdə hakimin heç bir rolu olmadı. 1-2 epizod oldu, onların təkrarına baxmalıyıq. Ümumilikdə, narazı qaldığım məqam yoxdur.