Ağır qəza 1 nəfərin canını aldı, 3 nəfəri yaraladı

agir-qeza-1-neferin-canini-aldi-3-neferi-yaraladi
Oxunma sayı: 1864


“Qafqazinfo”nun  APA-ya istinadən məlumatına görə, hadisə martın 27-də saat 21.00 radələrində rayonun Bambaşı kəndi ərazisində qeydə alınıb. “VAZ-2107”, “VAZ-21011” və “Mitsubishi Pajero” markalı minik avtomobillərinin bir-biri ilə toqquşması nəticəsində “VAZ-21011”-in sürücüsü, Masallının Güllütəpə kənd sakini, 1948-ci il təvəllüdlü İmaməli Feyruz oğlu Qubadov aldığı  çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. 

Həmin avtomobilin sərnişinləri, rayonun Güllütəpə kənd sakinləri, 1947-ci il təvəllüdlü Qızxanım Xanı qızı Qubadova və 1954-cü il təvəllüdlü İstəgül Səlimxan qızı Qubadova, həmçinin “VAZ-2107” markalı avtomobilin sərnişini, Masallı şəhər sakini, 1989-cu il təvəllüdlü Ülvi Akif oğlu Əzimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzinə yerləşdiriliblər. Müvafiq tibbi yardımdan sonra hər 3 yaralının vəziyyəti hazırda kafi qiymətləndirilir. 

Faktla bağlı Masalı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.