Ağır qəzada ana ilə oğlu həlak oldu

agir-qezada-ana-ile-oglu-helak-oldu
Oxunma sayı: 865

Masallı rayonu, Sərçuvar kəndində “Mercedes” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobili toqquşub.

“Qafqazinfo” xəbər verir ki, baş vermiş qəza nəticəsində “VAZ” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Bayramov Elmin Maarif oğlu və avtomobildə olan 1 nəfər sərnişin 1966-cı il təvəllüdlü Abbasova Reyhanə Maşallah qızı həlak olub.

FHN əməkdaşları onların maşında sıxılmış vəziyyətdə qalmış cəsədlərini avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

***

APA-nın məlumatına görə, ölən ana ilə oğlu imiş.