Ağır qəzada “Jiquli”nin sürücüsü həlak oldu

agir-qezada-jiqulinin-surucusu-helak-oldu
Oxunma sayı: 652

Beyləqan rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun İmamverdili kəndi ərazisində "VAZ" markalı minik avtomobilinin "Mercedes" markalı minik avtomobiliylə toqquşub. 

Hadisə nəticəsində "VAZ"in sürücüsü 1962-ci il təvəllüdlü Həziyev Adil Abuzər oğlu həlak olub. FHN əməkdaşları onun maşında sıxılıb qalmış cəsədini cıxararaq aidiyyətı üzrə təhvil veriblər.