Ağır xəstə olduğu deyilən müğənni danışdı

agir-xeste-oldugu-deyilen-mugenni-danisdi
Oxunma sayı: 2230


Bu sözləri “Qafqazinfo”ya haqqında ağır xəstə olduğu deyilən müğənni Sevda Sanaliyeva bildirib: “Məni həyatımdan bezdirməyin. Dostlarıma, yaxınlarıma demək istəyirəm ki, xəstə deyiləm. Sağlamlığıma zərər vurulub, onu düzəltməyə çalışıram. Xəstəxanaya getmişdim. Çünki ana olmaq istəyirəm, əməliyyatla problemimin nə olduğuna baxdılar. Bunu açıqlamağa məcburam. Bəzi jurnalist dostlarım mənim dediyimi şişirdib-şişirdib başqa cür yazırlar, bununla mənim qəlbimi incidib, yaramı təzələyirlər. Mən sadəcə ana olmaq istəyirəm. Çox şükür ki, başqa heç bir problemim yoxdur. Dost kimi mənim yanımda olun. Reytinqə görə işləyən jurnalist olmayın”. Qeyd edək ki, müğənninin ağır xəstə olduğu, əməliyyat olunsa da, vəziyyətinin getdikcə pisləşdiyi barədə xəbərlər yayılmışdı. Könül