Ağır xəstəlikdən əziyyət çəkən Könül Xasıyevanın - Son görüntüsü

agir-xestelikden-eziyyet-ceken-konul-xasiyevanin
Oxunma sayı: 1805

Hacı Nuran xalq artisti Könül Xasıyevaya baş çəkib.

"Qafqazinfo" xəbər verir ki, aparıcı xalq artisti ilə şəklini paylaşaraq bu sözləri yazıb:

"Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasıyevanı bu gün ziyarət etdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu. Amma inanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "Həyat" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "Həyat" fondunun televiziya versiyasında ətraflı danışıb, sizli-bizli gözəl sənətçimizə dəstək olacağıq. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin. Yardım etmək üçün hər hansı bir mobil operatorlardan 999 nömrəsinə zəng vurun və ya sms göndərin".