Ağırçəkili qadını xəstəxanaya çatdırmaq üçün xilasedicilər çağırıldı

agircekili-qadini-xestexanaya-catdirmaq-ucun-xilasediciler-cagirildi
Oxunma sayı: 2157

Bakıda xilasedicilər ağırçəkili xəstənin xəstəxanaya çatdırılmasına yardım ediblər. 

“Qafqazinfo”nun FHN-in saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan 1948-ci il təvəllüdü Əhmədova Seyidxanım Qəndalı qızının halının kəskin pisləşməsi ilə əlaqədar onu təcili xəstəxanaya çatdırmaq zərurəti yaranıb, lakin ağır çəkili olduğundan bu mümkün olmayıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xəstənin təcili xəstəxanaya çatdırılmasına kömək məqsədilə xilasedicilər S.Əhmədovanı evdən çıxarıb və həkim briqadasına təhvil veriblər. Əməliyyat başa çatıb.