Ağsaqqallar Səbaeldə toplaşdı

agsaqqallar-sebaelde-toplasdi
Oxunma sayı: 648

Səbail rayon Ağsaqqallar Şurasının sədri Mirhəbib Seyidov hesabat məruzəsində qeyd edib ki, hesabat dövrü ərzində Səbail rayon Ağsaqqallar Şurası tərəfindən rayonda yaşayan ağsaqqal, veteran, ahıl vətəndaşların huquqlarının qorunması, onlara köməklik göstərilməsi istiqamətində xeyli işlər görülüb. Şura üzvləri RİH-nin keçirdiyi və təşkil etdiyi tədbirlərdə, həmçinin rayondakı idarə və təşkilatlarda, xüsusilə ali və orta tədris müəssisələrində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi ilə bağlı tədbirlərdə, rayondakı hərbi hissələrdə, Daxili Qoşunların hərbi hissələrində, çağırışçıların ordu sıralarına yola salınması mərasimlərində fəal iştirak ediblər.

Qeyd olunub ki, son illər ərzində rayonda sakinlərin, ilk növbədə isə ağsaqqal və veteranların sosial problemlərinin həlli ilə bağlı xeyli işlər həyata keçirilib.

Konfransda çıxış edən Badamdar qəsəbə sakini Allahverdi Bəndəliyev, əməkdar müəllim Aliyə Təhmasib, əməkdar mühəndis Telman Hacıyev, müharibə veteranı Cəbrayıl Əliyev, Bibiheybət qəsəbə ağsaqqalı Hacı Qərib Şamilov və başqaları rayonda görülən işləri və Ağsaqqallar Şurasının ötən dövrdəki fəaliyyətini müsbət qiymətləndirib, qarşıda duran, xüsusən bu il keçiriləcək Prezident seçkiləri ilə bağlı vəzifələrdən danışıblar.

Konfransın işində Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov iştirak edərək son illərdə rayonda aparılan iri miqyaslı quruculuq-abadlıq işləri, həyata keçirilən yeni layihələr barədə məlumat verib, qeyd edib ki, yaşlı nəslə, xüsusən də qocalara, ahıllara, ağsaqqallara dayaq durmaq, onlara köməklik göstərmək hər birimizin mənəvi borcumuzdur. Çünki yetişməkdə olan gənc nəslin bu ruhda tərbiyələnməsi üçün bunlar vacib şərtlərdən biridir.
“Bu gün Səbail rayonunda yaşayanların 6,5 %-ni (6184 nəfər) yaşı 65-dən yuxarı olan ahıllar təşkil edir. Müxtəlif növ və kateqoriyalar üzrə rayonda 2549 nəfər sosial müavinət, 13190 nəfər təqaüd alır. Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzisinin Sosial xidmət şöbəsində 372 nəfər tənha, əlil qeydiyyatdadır ki, onlara 31 nəfər sosial işçi xidmət göstərir. Ağsaqqalların müraciətləri nəzərə alınaraq rayonun bir neçə yaşayış sahəsində, o cümlədən Bibiheybət qəsəbəsi, 20-ci yaşayış sahələrində yeni bankomatlar quraşdırılmışdır. 2 il ərzində 6 nəfər Böyük Vətən müharibəsi iştirakçısına yeni mənzillər verilmişdir. Azərbaycandakı iqtisadi inkişaf ölkə rəhbərliyinə imkan vermişdir ki, son illər ərzində pensiya və minimum əmək haqlarının məğləği dəfələrlə qaldırılsın”.

Konfransda ağsaqqallar adından Azərbaycan Respublikasının Prezidentinə müracəit qəbul olunub. Mirhəbib Seyidov isə yenidən Səbail rayon Ağsaqqallar Şurasının sədri, həmçinin respublika Ağsaqqallar Şurasının qurultayına 5 nəfər nümayəndə seçilib.