Ağstafada 139 ədəd partlamamış mina tapılıb

agstafada-139-eded-partlamamis-mina-tapilib
Oxunma sayı: 646

Ağstafa rayonunda 139 ədəd partlamamış mina tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya daxil olan xəbərə görə, fevralın 20-də rayonun Saloğlu qəsəbəsi ərazisində evlərin, həyətyanı sahələrin və yolların partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi zamanı yerin altında basdırılmış 139 ədəd müxtəlif növ partlamamış hərbi sursat (PHS) aşkar edilib. 

Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə birlikdə baxış keçirilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.