Ağstafada 31 yaşlı qadını maşın vurdu

Ağstafada 31 yaşlı qadını maşın vurdu
Oxunma sayı: 425

Ağstafada piyadanı avtomobil vurub.
 
“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb.
 
Eynallı kənd sakini 1986-cı il təvəllüdlü Mustafayeva Svetlana Qəhrəman qızı yolu keçən zaman “VAZ” markalı avtomobillə vurulub.  Xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi