Ağstafada 5 ev yanıb - Yanğınsöndürən xəsarət alıb + Video

agstafada-5-ev-yanib
Oxunma sayı: 648

Ağstafanın Dağkəsəmən kəndində 5 fərdi yaşayış evi yanıb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, 3 ev əşyaları ilə bağlı tamamilə yanıb, 2-nə qismən ziyan dəyib.

Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2, Ağstafa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 briqadası cəlb edilib.

Əməliyyat zamanı Ağstafa Yanğın Mühafizə Hissəsinin Manqa komandiri Müşfiq Nağıyev xəsarət alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu, həyatına təhlükə olmadığı bildirilir.

Yanan evlər Əmirov Natiq, İsmayılov Xıdır, Elşad Hüseynov, Elsəvər Məmmədov, Qədməliyev İdrisə məxsusdur.